İran prezidenti Həsən Ruhani yanvarın 26-da Vatikanda Roma Papası Fransisklə görüşüb.
XəzərNews.az xəbər verir ki, İranın nüvə proqramı ilə bağlı beynəlxalq sanksiyaların aradan qaldırılması barəsində, həmçinin yaxın şərqdə sülhün əldə olunması mövzusunda Həsən Ruhani və Papa Fransis arasında 40 dəqiqəlik özəl görüş olub.
Həsən Ruhani Papaya İranın Qum şəhərində əllə toxunulmuş 1,2 metrlik Fars xalçası, Papa isə ona üzərində müqəddəs Martin of Toursun şəkli olan medal bağışlayıb.
İran prezidenti yanvarın 28-də İtaliyadan Fransaya yollanacaq.
