İran prezidenti Həsən Ruhani öz ölkəsinə münasibətdə bütün sanksiyaların qanunsuz olduğunu bildirib. Musavat.com-un məlumatına görə, bu barədə o, Nyu-Yorkda BMT Baş Məclisinin sessiyası çərçivəsində keçirdiyi görüşlərin birində deyib.
"Biz sanksiyalardan danışırıq, ancaq anlamalıyıq ki, istər ABŞ tərəfindən tətbiq edilən birtərəfli sanksiyalar olsun, istərsə də Avropa Birliyi tərəfindən və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında verilən sanksiyalar – hamısı qanunsuzdur”, - deyə o vurğulayıb.
Ruhani həmçinin "altılıq”la Tehran arasında danışıqlarda əldə olunan son tərəqqinin olduqca ləng baş verdiyindən şikayətlənib və prosesin sürətlənməsini istəyib. Eyni zamanda o, İranın dinc nüvə proqramından imtina etməyəcəyini də qeyd edib.
.