Hesablama Palatası Ekalogiya və Təbii Sərvətlər Nazirliyinə ayrılan büdcə vəsaitlərinin mənimsənilməsinə dair müdhiş faktlar aşkarlayıb. Hesablama Palatasından gundeminfo.az-a verilən məlumata əsasən nazirliyə avtomobil yollarının ətrafında müvafiq torpaq işlərinin görülməsi, su mənbələrinin müəyyən edilməsi, suvarma sisteminin qurulması və yşıllaşdırma işlərinin aparılmasına və dəniz suyunun düzsüzlaşdırılmasına dövlət büdcəsindən ayrılan vəsaitlərlə bağlı müdhiş yeyinti faktları ortaya çıxıb. Nazirliyin açıqladığı rəqəmlərlə Hesablama Palatğasının apardığı araşdırma arasında ciddi pozuntu faktları aşkarlanıb. Ekalogiya Nazirliyi tərəfindən Bakı-Qazax magistral avtomobil yolunun, Ələt körpüsü-Atbulaq yaşayış məntəqəsi hissəsində, Bakı-Astara magistral avtomobil yolunun Ələt-Salyan hissəsində, Bakı-Quba və Bakı-Şamaxı magistral avtomobil yollarının və Hövsan-Binə-Dədəqorrqud-Bahar qəsəbələri magistral avtomobil yolunun ətrafında torpaq işlərinin görülməsi, yaşıllaşdırılması işlərində pozuntulara yol verilib. Həmçinin də Bayıl yamacı-20-ci sahə ərazisində yaşıllaşdırılma zolağının salınması və mərkəzləşdirilmiş suvarma sisteminin tikintisi işləri üzrə ümumi suvarma sahəsi 1758 hektar təşkil edən ərazidə hər ağacın orta hesabla təmizləndikdən 15 litr-suvarma tezliyinə olan ehtiyacına əsasən çirkli suyun qurğularla təmmizləndikdən sonra gübrələnmə işləri həyata keçirmək üçün ayrılan vəsaitlərlə bağlı da yeyintilər müəyyən olunub.
Belə ki, Hesablama Palatsının apardığı araşdırmalar zamanı müəyyən edilib ki, obyektlərin layihə-smeta sənədləri satınalma keçirilmədən nazirliyin müvafiq lisenziyaya malik olmayan Layihələndirmə və Texniki-İqtisadi Əsaslandırma Mərkəzi tərəfindən hazırlanmış, bəzi layihə-smeta sənədlərində ciddi qanunsuzluqlara yol verilib. Mərkəzi icra hakimiyyəti orqanı tərəfindən verilmiş rəydə göstərilən iradlar tam aradan qaldırılmamış, satınalmalar üzrə submüqavilələrin məbləği müəyyən edilmiş həddən yüksək olub. Yəni büdcədən yeyinti halına yol verilən zaman rəqəmlər süni şəkildə şişirdilib. Layihə üzrə nəzərdə tutulan avadanlıqların idxalı ilə bağlı gömrük xərclərinin ödənilməsi üzrə artıq vəsaitlər göstərilib. Həmçinin qeyri rezident tərəfindən göstərilmiş xidmətlərə görə, ödəmə mənbəyindən vergi tutulmayıb. Başqa bir layihədə isə küləklərin ilboyu davamlı təsiri ilə bağlı xərclər üzrə artıq vəsait ödənişinə yol verilib.
Bağlanmış satınalma müqavilələrinin şərtlərinə uyğun quraşdırılmış avadanlıqlar istismara qəbul edilmədiyi halda, avadanlıqların dəyəri tam müvafiq təsisedici sənəd olmadan ƏDV, idxal rüsumu və gömrük əməliyyatı haqqı üçün dövlət əsaslı vəsait qoyuluşdan vəsait ödənilib. Lakin 2011-ci ilin sonuna dövlət əsaslı vəsait qoyuluşundan xəzinədarlığın depozit və tapşırıqlar hesabına köçürülən vəsvait həmin ilin maliyyə hesabatında icra kimi əks etdirilmiş, «İşlərin qəbulu haqqında» aktlara əsasən podratçı təşkilat tərəfindən 2011-2012-ci illərdə bağlanmış müqavilə məbləğində işlər yerinə yetirildiyi halda, maliyyə hesabatlarında həmin podratçı üzrə debütor borcun olduğu göstərilib.
Təsdiq edilmiş nizxamnaməsinə görə, «Azərlandşaft» ASC-də bütün səhmləri dövlətə məxsus müstəqil balansa malik hüquq şəxs olmasına baxmayaraq, xəzinə hesabları və maliyyələşmə mənbələri üzrə ayrı-ayrılıqda balan tərtib edilib. «Azərlandşaft» ASC-də mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi zamanı qüvvədə olan qanunvericiliyin tələblərinə əməl edilməməsi, sənədləşmələrin vaxtında təsdiq və təqdim edilməməsi nəticəsində maliyyə hesabatlarında düzgün olmayan 01.01.2013-cü il tarixə nazirlik tərəfindən podratçı təşkilat üzrə və «Azərlandşaft» ASC tərəfindən Bakı Baş Gömrük İdarəsi üzrə debutor borc göstərilib. Cəmiyyət tərəfindən dövlət əsaslı vəsait qoyuluşundan 2010-2012-ci illərdə istifadə olunan vəsaitlər üzrə təqdim edilən maliyyə hesabatlarında yerinə yetirilmiş işlərə görə ödənilən vəsaitin bir balansın «müxtəlif debutor və kreditorlarla» hesablaşmalar hesabına debutor borc kimi göstərilib. Büdcə vəsaitlərinin digər hissəsi isə ümumiyyətlə birbaşa faktiki xərclər hesabından silinib.
Onu da əlavə edək ki, palatanın bu araşdırmalarından sonra nazir Hüseynqulu Bağırov «Azərlandşaft» ASC-nin sədr əvəzini daha kiçik vəzifəyə təyin edib.
Qeyd edək ki, Hesablama Palatasının açıqladığı hesabatda digər pozuntular da yer alıb. Yaradılmış adı olub, özü olmayan podratçı şirkətlərin kimlərə aid olduğuna dair məlumatlarımız da var. Ən qısa zamanda Hüseynqulu Bağırovun həyata keçirdiyi bu müəmmalı yeyinti əməliyyatları barədə ətraflı məlumat verəcəyik. Bizi izləyin.
.