2016-cı ilin dövlət büdcəsi proqnozlaşdırılmasına başlanılır. Hesablama Palatası da bu prosesdə iştirak edəcək.
Palatanın sədri Vüqar Gülməmmədov bu gün qeyd edib ki, bu qurum büdcəyə transfertlərin optimallaşdırılması düzgün sayır.
«Bütün tövsiyələr dövlət vəsaitlərinin səmərəli və qənaətlə xərclənməsi ilə bağlıdır. Təklif edirik ki, dövlət borclarının idarə edilməsi optimallaşdırılsın və Neft Fondundan dövlət büdcəsinə transfertləri azaldılsın», - deyə o bildirib.
Xatırladaq ki, qanunvericiliyə əsasən, 2016-cı ilin dövlət büdcəsi haqqında qanun sentyabrın 1-dək Nazirlər Kabinetinə təqdim edilməlidir. Maliyyə Nazirliyi parlament seçkilərindən sonra sənədi Milli Məclisə göndərəcək.
.