37 yaşlı Azərbaycan vətəndaşı Türkiyədə ölüb. 
Virtualaz.org saytı xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə hadisə Bursa şəhərində baş verib.
Məlumata görə, 37 yaşlı İkram Zalov heroindən istifadə etdiyi üçün komaya düşüb. Yaxınları onu xəstəxanaya çatdırsa da həyatını xilas etmək mümkün olmayıb.
İ.Zalov dostları ilə birgə Bursada yaşayan qardaşını görməyə gedibmiş. Hamama girən İ.Zalovun çıxmadığını görən yaxınları onu huşsuz vəziyyətdə tapıblar. Xəstəxanaya aparılan İ.Zalovu xilas etmək mümkün olmayıb. Onun üzərindən heroin çıxıb.
İlkin ehtimala görə, İ.Zalov heroin itifadə etdiyi üçün komaya düşüb..