Bu gün saat 17.40-da Müdafiə Nazirliyinin hərbi maşını idarəetməni itirməsi nəticəsində qəzaya uğrayıb.

Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, qəza zamanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Abdullayev Ceyhun Hüseyn oğlu və əsgər Həsənzadə Süleyman Əli oğlu yüngül xəsarət alıb.

Bildirilib ki, hər iki hərbi qulluqçunun həyatları üçün heç bir təhlükə yoxdur.

.