Millət olaraq toylarların həyatımızda xüsusi yeri var. Hətta özümüz təmtəraqlı toy istəməsək də, valideynlərimizin sözündən keçə bilmir və bu təmtərağın içinə düşürük. Toydan əvvəl və sonra davam edən rituallar və ənənələri toyu olmayanlar belə əzbər bilir. Bir də toylarda görməyə öyrəşdiyimiz insan tipləri var.

Demək olar bütün toylarda qarşılaşdığımız həmin adamlardan bir neçəsinin sizə təqdim edirik:

Gərgin bəy və gəlin

Bir çox qadın üçün toyun nə qədər önəmli olduğunu deməyə ehtiyac yoxdur. Aylar əvvəl başlayan toy hazırlıqlarında gül buketindan tutmuş, mahnı listinə qədər hər şeyin mükəmməl olması üçün çalışırlar. Əgər hər şey yolunda getsə üzü gülən gəlin, problemlər yaransa isə üzündən əsəbin əskik olmadığı gəlini ən başda görürük. Bəy də bu gərginliyin qurbanına çevrilə bilər. Rəqs etmək istedadı olmadığı üçün meydançaya çıxdıqda sıxılan bəyi də unutmayaq.

Həyəcanlı valideynlər

Yüzlərlə qonağı bir-bir qarşılamağın təlaşı, yeni qohumlar, uşağından ayrılmağın kədəri ilə 3-4 saatlıq toyda hər cür hissi yaşayırlar. Hələ toydan sonra pul qutusunu açmaq və bunun həyəcanını yaşamaq da var.

Hər cür rəqsə uyğunlaşa bilən adam.

İstisnasız hər toyda görə biləcəyiniz adamlardır. Adətən xüsusi rəqs qabiliyyəti olmasa da, içkinin təsiri ilə ləzginkadan tutmuş, klub mahnısında qədər hər cür mahnıda səhnədə yer alır. Bəzən əyləncəli görünsə də, çox adamı "rəqsdən soyudur.”

Toyun ən rahat insanları: Bəyin dostları

dugun_salonu_2b

İçkiylə başlayan məclisə meydançada fasiləsiz rəqs edərək davam edirlər. Onlar adətən tamadanı tamamilə əvəz edəcək əhval-ruhiyyədə olurlar. Bəyi neçə dəfə oynamaq üçün yerindən qaldırdıqları barədə hesablamaları alimlər hələ də əldə edə bilməyiblər.

Oynamağı sevməyən "ağır” dayılar

İstisnasız hər toyda görməyə öyrəşdiyimiz qohum tipləri. Toyun başlayan andan özü kimi bir-iki dostunu yanına çəkərək araq və ya sadəcə çay içir, bir müddət sonra foyeyə keçərək toyun sonunu gözləyirlər. Üz ifadəsindən illərlə toylara gəlməyin begzinliyi oxunur.

Bunlardan yorulan gənc

Dost söhbətlərində, sosial şəbəkələrdə klassik toyları söyməkdən yorulmayan bu gənclər üçün toy bəzən kabusa çevrilir. Toy boyu nə edəcəyinə qərar verə bilməyərək gah oynamağa çalışı,r gah da kənarda duraraq heç nəyə qarışmır.

Rəqsi ilə hər kəsin diqqətini çəkənxanımlar

dugunde-oryantal-dansin-hakkini-veren-kiz_8987309-53270_1280x720

Gəlinin rəfiqələri ya da qohumu olmaq ehtimalı çox yüksəkdir. Onlar hündür dabanlı ayaqqabılarla elə rəqs edə bilərlər ki, bütün toyun diqqəti bu qızların rəqsinə yönələ bilər. Çox rahat, gülərüz və olduqca enerjili olmaqla, toyda bir çox halda rəqs meydançasında görəcəyiniz insandır.

Mikrofonu alıb çıxış edənlər

Saz və söz ustası olduğuna inanan bu adamlar bəy və gəlinə xoşbəxtlik arzulamaq üçün səhnəyə çıxaraq, ən yaxşı halda sonu gəlməyən çıxışa başlayır, ən pis halda isə toyu qarışdıran mübahisənin əsasını qoyurlar.


pahoo.az

.