
Hər gün dünyada 600 nəfər narkotik istifadəsinə görə həyatını itirir.
ATV.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) son hesabatında bildirilib.
Hesabatla bağlı mətbuat konfransı keçirən BMT təmsilçisi Yuri Fedetov qeyd edib ki, beynəlxalq sahədə narkotik ticarətinin qarşısının alınması üçün birgə əməkdaşlıq vacibdir:
"Hər gün dünyada 600 adam həyatını itirir. Qəbul edilməsi mümkün olmayan bu ölümlər ailələr və cəmiyyətlər üçün qorxunc nəticələrə səbəb olur. Problemi həll etmək üçün dünya ölkələrinin ortaq hərəkət etməsi lazımdır".