
"Arsenal” klubunun canlı əfsanəsi Thery Henry sabiq komandası haqda danışıb.
Henry açıqlamasında "Arsenal”dan "Barcelona”ya transfer olunduğunda ağladığını bildirib:
"Heç vaxt "Arsenal”dan getməyi düşünmürdüm. 29 yaşım var idi və yaxşı forma yığmışdım. Ancaq həmin vaxt mənim bir sıra komanda yoldaşım "Arsenal”dan ayrıldı. Mən də komandada qalıb-qalmayacağıma əmin deyildim. Bu qərarı vermək mənim üçün çox çətin idi. "Arsenal”dan "Barcelona”ya transfer olunduğumda, ağladım. Bu barədə danışmaq mənə ağırdır”.
Qeyd edək ki, Henry 2007-ci ildə "Arsenal”dan "Barcelona”ya transfer olunub.
.