ATƏT-in Minsk qrupunun həmsədrləri - Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ) oktyabrın 31-də Azərbaycan və Ermənistan qoşunlarının Ağdam rayonu istiqamətində yerləşən təmas xəttində keçirilən monitorinqdə iştirak ediblər.

Həmsədrlər monitorinqi Ermənistan silahlı qüvvələrinin işğal etdiyi və nəzarət olunan Azərbaycan ərazilərində aparıblar.

Diplomatlar qoşunların təmas xəttinə işğal altındakı Xankəndi şəhərindən gəliblər.

Monitorinqdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçisi Gennadi Petrika, Stefan Viskontinin şəxsi köməkçisi Küanti de Rankur, eləcə də Endryu Şoferin şəxsi köməkçisi Devid Börnşteyn da iştirak ediblər.

****

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 31-də Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
.