Suriyanın Hələb şəhərinə endirilən aviazərbə nəticəsində 33 nəfər ölüb, onlarla insan yaralanıb.
ANS PRESS xəbər verir ki, BBC-nin Suriya insan haqları müdafiəçilərinə istinadən verdiyi məlumata görə, aviazərbənin hədəfi Hələb şəhəri yaxınlığında yerləşən və insanların sıx olduğu bazar olub. Ölənlərin sayının artacağı istisna edilmir.
Ötən həftə Hələbdə analoji aviazərbə nəticəsində 21 nəfər ölmüşdü.
Qeyd edək ki, Hələb şəhəri 2012-ci ilin yayından bəri prezident Bəşər Əsədə qarşı döyüşən qüvvələrin nəzarəti altındadır.
.