“Peyvənddən əvvəl mütləq qan durulducu dərmanın istifadəsi nəzərdə tutulmayıb”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov "COVID-19 peyvəndləri" mövzusunda çıxışında deyib. O, peyvənddən sonra hərarət olacağı təqdirdə dərman qəbuluna da münasibət bildirib: “Peyvənddən sonra hərarət olacağı ehtimalı ilə əvvəlcədən “Parasetamol” kimi dərmanların qəbulu da nəzərdə tutulmur Əksinə, qeyd olunur ki, bunlar iltihab əleyhinə olduğuna görə, immun reaksiyanı təhrif edirlər. Yəni bu dərmanların peyvənddən əvvəl qəbul olunması peyvəndin effektivliyini azalda bilər. Peyvənddən sonra belə hallar olarsa, insanı narahat edərsə, o halda belə preparatı qəbul etmək olar. Amma peyvənddən əvvəl tövsiyə olunmur“.

.