Məkkədə Həcc ziyarəti zamanı yaranan izdiham nəticəsində ölənlərin sayı 753 nəfərə çatıb.
APA-nın Türkiyənin "Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 863 zəvvarın xəsarət aldığı bildirilir.
Ölənlərin əsasən Afrika ölkələrindən gələn zəvvarlar olduğu açıqlanıb. Ölən və yaralanan ziyarətçilərin təxliyəsi üçün 4 min həkim personalı, 220 təcili yardım maşını cəlb olunub.
Qeyd edək ki, indiyədək Məkkədə ən böyük faciə 1990-cı ildə baş verib. Zəvvarlar tuneldən keçən zaman havalandırma sisteminin sıradan çıxması nəticəsində 1426 ziyarətçi dünyasını dəyişib.
.
