Filippinin cənubundankı Kotabato əyalətində naməlum silahlı qruplaşmanın həbsxanaya hücumu zamanı ən azı 132 cinayətkar qaçıb.

PRESSDAY.az xarici mediaya istinadən xəbər verir ki, hücum edənlər mühafizəçilərə atəş açıblar, nəticədə penitensiar müəssisənin bir əməkdaşı ölüb,biri isə yaralanıb. 

Həbsxana nümayəndəsi qeyd edib ki, hazırda xüsusilə təhlükəli cinayətkarların ola biləcəkləri yerlər araşdırılır. 

Hücuma qədər həbsxanada 1511 məhkum cəza çəkib. 
.