Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan bloqger Əbdül Əbilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Ə. Əbilov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ə.Əbilov ötən il noyabrın 22-də tutulub. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham olunur.
.