"Sırf Amerikanın mənfəəti üçün Türkiyə qanuni ticərət əməliyyatlarından imtina edəsi deyil”
Türkiyədəki səs-küylü antikorrupsiya əməliyyatında həbs olunan "Halakbank”ın baş direktoru Süleyman Aslanın vəkili, cinayət hüququ üzrə professor Ersan Şən məhkəmədəki müdafiə çıxışında baş verənlərin arxasında ABŞ-ın durduğuna işarə vurub.
Vəkil deyib ki, BOTAŞ ve TÜPRAŞ-ın İrandan aldığı xam neftə görə ödəməli olduğu pulları "Halkbank”da İranın hesablarına köçürülüb. İrandan bu vəsaitlərinin saxlanması üçün qızıl alınır. Pulların sahibi hansı firmaya desə, "Halkbank” da pulları o firmanın hesabına köçürüb. "Ortada bir qəpik də qara pul yoxdur. Əksinə, bu ticarətdən Türkiyə Cümhuriyyəti milyardlarla dollar qazanır. Sırf Amerikanın mənfəəti üçün Türkiyə qanuni ticərət əməliyyatlarından imtina edəsi deyil”, - deyə Ersan Şən bildirib.
Vəkil qeyd edib ki, 2013-cü ilin avqustundan qızıl ticarətinə embarqo qoyulduğu üçün qida ticəarti başlanıb. Müvəkkili olan bank müdürünün burada hər hansı şəxsi qazancından söhbət gedə bilməz. Bank qanuni əməliyyatlar həyata keçirib və bütün qazanılan da bankın və Türkiyənin mənfəətidir.
Ersan Şən bildirib ki, ortada nə bankın zərəri var, nə də haqsız mənfəəti. Vəkil mütəşəkkil cinayətkarlıq ittihamlarının gülməli olduğunu deyib.
Ersan Şən müvəkkili Süleyman Aslanın həyat yoldaşı ilə telefon danışıqlarının dinlənilməsini cinayət adlandırıb. O da müvəkkili kimi qeyd edib ki, evdən tapılan 4.5 milyon dollar ianə olub. Bunu sübut etmək üçün vəkil İstanbuldan millət vəkili Hüseyn Bürgənin, Bəkir Yazıcının, Əhməd Aksunun və İdris Makinacının şahid kimi dindirilməsini tələb edib. Lakin onun vəsatəti təmin olunmayıb.
.
