Harvard Universitetinin hüquq fakültəsinin məzunu Araz Poladov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri vəzifəsinə təyin edilib.
Araz Poladov 2016-cı ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2017-ci ildə Vyana Universitetində Avropa və beynəlxalq biznes hüququ üzrə, 2019—2020-ci illərdə isə Harvard Universitetində hüquq üzrə magistr pilləsini (LLM) bitirib.
Araz Poladov əmək fəaliyyətinə 2017-ci ildə Bakı Dövlət Universitetində müəllim kimi başlayıb, eyni zamanda “Baker McKenzie CİS Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialında təcrübəçi hüquqşünas kimi fəaliyyət göstərib, 2018 – 2019-cu illərdə “AZİP Hüquq Firması” MMC-də hüquqşünas, 2020 – 2021-ci illərdə isə idarəedici hüquqşünas kimi fəaliyyətini davam etdirib.
Araz Poladov 2021—2023-cü illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində “Shearman and Sterling” hüquq şirkətində hüquqşünas vəzifəsində çalışıb.
O, 2022-ci ildən hüquq üzrə fəlsəfə doktorudur.
.