ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris Trampın qolf meydançasında baş verən atışma ilə bağlı məlumatlandırıldığını bildirib.

Harris bu barədə öz “X” hesabında yazıb.

"Mən keçmiş prezident Trampın və onun Floridadakı mülkünün yaxınlığında atəş açıldığı barədə məlumat aldım", - deyə o yazıb.

Harris Trampın hadisə zamanı zərər görmədiyinə sevindiyini vurğulayaraq ABŞ-da zorakılığa yer olmadığını bildirib.

Tramp hadisədən sonra seçki kampaniyasının donorlarına onun yaxşı olduğunu təsdiqləyən məktub göndərərək "Məni heç nə dayandıra bilməz. Mən heç vaxt təslim olmayacağam!", - deyə bildirib.

.