
Türkiyənin prezidenti R.T.Ərdoğan Fələstinin lideri Mahmud Abbasla görüşüb. Bizimyol.info xəbər verir ki, prezident sarayında bir ilkə imza atılıb. Belə ki, M.Abbası R.T.Ərdoğan və 16 Türk dövlətinə işarə edən döyüşçülər qarşılayıb. 16 Türk dövlətini təmsil edən 16 döyüşcü dünya mediasının əsas xəbərlərindən biri olub. Bizimyol.info həmin döyüşçülərin hansı dövlətləri təmsil etməsini təqdim edir:
1.Böyük Moğol İmperiyası və ya Babur İmperiyası
2. Xəzər Xaqanlığı
3. Uyğur Xaqanlığı
4. Avar Xaqanlığı
5. Xarəzmşahlar dövləti
6. Qəznəvilər dövləti
7. Qızıl Ordu dövləti
8. Qaraxanlı dövləti
9. Osmanlı imperiyası
10. Göytürk Xaqanlığı
11. Teymur imperatorluğu
12. Səlcuq imperatorluğu
13. Ağ Hun dövləti
14. Avropa Hun imperatorluğu
15. Qərbi Hun imperatorluğu
16. Böyük Hun imperatorluğu
.