Almaniyanın “Bavariya” klubunun baş məşqçisi Hans Flik rəhbərliyə müraciət edərək klubla olan müqaviləsinin xitam verilməsini xahiş edib.

Bu barədə “Sky Sports” məlumat yayıb.

“Bu gün oyunçularıma bildirdim ki, Parisdəki oyundan sonra rəhbərliyə müraciət edərək klubu tərk etmək istəyimin olduğunu bildirdim”, - deyə 56 yaşlı mütəxəssis bildirib.

Xatırladaq ki, Fransanın PSJ klubu aprelin 14-də UEFA Çempionlar Liqasının 1/4 finalda Almaniya “Bavariya”sını mübarizədən kənarlaşdıraraq yarımfinala vəsiqə qazanıb.

.