
Fələstinin HAMAS hərəkatı hazırda Qəzza zolağında atəşkəs razılaşmasının həyata keçirilməsi ilə bağlı vasitəçilərlə danışıqlar aparır.
Bu barədə HAMAS sözçüsü Hazem Qasem “Telegram”dakı açıqlamasında deyib.
"Biz hazırda vasitəçilərlə əlaqə saxlayırıq və atəşkəs razılaşmasının nəhayət yerinə yetirilməsini təmin etməyə çalışırıq. İsrail girovların hamısı azad edilənə qədər müqavilənin bütün şərtlərini yerinə yetirməlidir", - Qasem bildirib.
HAMAS sözçüsü, həmçinin qeyd edib ki, vasitəçilər İsraili razılaşmanın şərtlərinə əməl etməyə məcbur etmək üçün çalışırlar, İsrail hakimiyyəti isə razılaşmanın bəzi müddəalarından yayınır.