İsrailin 12-ci kanalı HAMAS lideri Yəhya Sinvarın öldürüldüyü ehtimal edilən əməliyyatın təfərrüatlarını açıqlayıb.
Əməliyyat keçirilməzdən əvvəl İsrailin ordu birləşmələri HAMAS liderinin orada olmasından xəbərsiz olub.
Bildirilib ki, əməliyyatın başlandığı barədə əmr verildikdən sonra Sinvarın da olduğu ehtimal edilən bina partladılıb. Hərbçilər həmin binaya yaxınlaşdıqda ölən şəxslərdən birinin məhz Yəhya Sinvar olduğunu ehtimal ediblər.
Hələlik İsrail tərəfi aşkarlanan meyitlərdən birinin Yəhya Sinvara aid olub-olmadığına münasibət bildirməyib.
Qeyd edək ki, sözügedən ərazi minalandığı üçün həmin meyitin oradan hələlik çıxarılması mümkün olmayıb. Onun İsrailə aparılacağı ehtimal edilir.
.