HAMAS İsrail ilə mübadilə razılaşmasının 6-cı raundu çərçivəsində daha 3 nəfəri - Aleksandr Trupanov, Sagi Dekel-Chen və Yair Hornu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.

Yenizaman yerli mətbuata istinadən xəbər verir ki, proses insidentsiz baş tutub.

S. Dekel-Chen Qəzzada saxlanılan sonuncu Amerika- İsrail vətəndaşlarından biridir. Aleksandr Trupanov isə rusiyalıdır.

Növbəti mərhələdə onlar İsrailə aparılacaq.

Xatırladaq ki, Yanvarın 19-da Qəzza zolağında atəşkəs əldə olunandan bəri 18 girov (13 İsrail və 5 Tailand vətəndaşı) azad edilib.

HAMAS ilə razılaşma çərçivəsində İsrail bu gün 369 fələstinli məhbusu azad etməyi öhdəsinə götürüb.

.