
Dünya şöhrətli müğənni Lara Fabianın oktyabrın 15-də İstanbuldakı konsertində aktyor Halit Ərgənç də səhnəyə çıxacaq.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tanınmışlar bir yerdə duet oxuyacaqlar. Halitlə Lara hansı mahnını ifa edəcəklərinə bir yerdə qərar verəcəklər.
Belçikaəsilli kanadalı müğənni Fabianın konsertində Mustafa Ceceli də qonaq sənətçi kimi səhnəyə çıxacaq.
.