Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi Superliqanın 15-ci turunda "Rizesppor"la oyundan sonra hakimi yumruqla vuran “Ankaragücü” klubunun prezidenti Faruk Kocanın cəzasını açıqlayıb.

O, ömürlük futbol fəaliyyətindən uzaqlaşdırılıb.

Həmçinin, “Ankaragücü” 2 milyon türk lirəsi cərimə olunub. Bundan başqa, komandanın növbəti 5 ev oyunu azarkeşlər və klub rəsmiləri olmadan keçiriləcək.

 

Xatırladaq ki, Faruk Koca hakim idarəçililiyindən narazı qalaraq final fitindən sonra baş hakim Halil Umut Meleri yumruqla vurub. Referi aldığı xəsarətlərdən sonra xəstəxanaya yerləşdirilib. Faruk Koca isə həbs olunub.

.