Türkiyə özünə qarşı bütün təhdidləri yox etmək gücünə malikdir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu barədə yerli və beynəlxalq media nümayəndələri üçün keçirilən brifinqdə danışıb.

Onun sözlərinə görə, Suriyanın terrordan tamamilə təmizlənməsi Türkiyənin 2025-ci ildə əsas hədəflərindəndir.

“Məlumdur ki, Suriya xalqı ölkənin yenidən qurulmasında ciddi sınaqlarla üz-üzədir. Türkiyə qonşusunun bu istiqamətdəki proseslərdə də yanındadır. Türkiyənin heç bir ölkənin torpağında gözü yoxdur və gizli vəzifələrinin olması müzakirə mövzusu deyil”, - H.Fidan əlavə edib.

Türkiyənin xarici işlər naziri eləcə də bölgə ölkələrinə çağırış edib.

“Türkiyənin qonşu və bölgə ölkələrindən gözləntisi basqı və xalqı yoxsulluğa aparma strategiyasından əl çəkməkdir”, - o bildirib.

Türkiyə Tramp dövründə ABŞ-la daha güclü əlaqələr saxlamaq istəyir

Türkiyə Tramp dövründə ABŞ-la daha güclü əlaqələr saxlamaq istəyir.

Bunu Türkiyənin xarici işlər naziri Hakan yerli və xarici jurnalistlərlə mətbuat konfransında deyib.

“Türkiyə və ABŞ bir-birinə ehtiyacı olan iki ölkədir. Trampın Türkiyənin rolu ilə bağlı açıqlamalarını izlədik. Biz Tramp dövründə ABŞ-la daha güclü əlaqələr saxlamaq istəyirik”, - XİN rəhbəri qeyd edib.

Hakan Fidan: 2025-ci ildə Suriyada terrorun aradan qaldırılması Türkiyənin əsas prioriteti olacaq

Suriyadakı hekayəmiz yeni başlayır.

Bunu Türkiyənin xarici işlər naziri Hakan yerli və xarici jurnalistlərlə mətbuat konfransında deyib.

Separatçı təşkilat və onun Suriyadakı uzantıları üçün artıq yolun sonu görünür.

2025-ci ildə Suriyada terrorun aradan qaldırılması Türkiyənin əsas prioriteti olacaq. “Terrorsuz Türkiyə”yə nail olacağıq.

.