Türkiyə, Azərbaycan və Gürcüstan birlikdə kifayət qədər yüksək strateji funksiyası olan mühüm layihələrin həyata keçirilməsində iştirak edir.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyədə səfərdə olan gürcü həmkarı Maka Boçorişvili ilə görüşdən sonra deyib.
O qeyd edib ki, regionda sülhün bərqərar olmasına imkan verən bu layihələrin inkişafında hər üç ölkənin iştirakı həlledicidir.

“Türkiyə, Gürcüstan və Azərbaycan arasında nümunəvi əlaqələrimiz var və bu, digər ölkələr üçün model ola bilər", - Türkiyənin xarici işlər naziri bildirib.

.