Suriyadakı normallaşma prosesindən narahat olan regiondakı müəyyən aktorlar təxribatla məşğuldur.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə birgə mətbuat konfransında deyib.

“Burada meydan oxuma, iddia var. Bizim üzərimizə düşən məsələləri təhlil edib problemləri nizamlamaqdır”,- o əlavə edib.

Türkiyə XİN rəhbəri bildirib ki, iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlıq davam edir:

“ABŞ, Avropa və region ölkələri ilə bu istiqamətdə fikir mübadiləsi aparırıq. Biz Süveyda hadisələrindən sonra Əmmanda təşkil edilən görüşləri dəstəklədik. Bəzi ölkələrin atdıqları addımlar sadəcə işğal etdikləri ölkələrə yox, bütöv regiona təsir göstərir, bunu nəzərə almalıdırlar. Türkiyə Suriya hökumətinin öz xalqına xidmət göstərmək və ərazi bütövlüyünü qorumaq istiqamətindəki fəaliyyətini dəstəkləyir”.

PKK terror təşkilatının Susiyadakı qollarından biri olan YPG mart razılaşmasına əməl etmir.

Onun sözlərinə görə, YPG vaxtı uzatmaq siyasətindən əl çəkməlidir:

"Onlar heç bir halda istədiklərinə nail ola bilməyəcəkər. Yol nə qədər yaxındır, bölgədəki yeni dönəm və ruha yönəlik addım atmaq lazımdır”.

Nazir YPG idarəedicilərinə çağırış da edib:

“Bir daha YPG rəhbrəliyinə çağırış edirəm ki, Türkiyə və bölgə üçün təhdid olmaqdan vaz keçsinlər, rəsmi Dəməşqlə təmasa keçərək razılaşmanı yerinə yetirsinlər”.

.