Rusiya, ABŞ və Ukrayna prezidentləri görüşə bilərlər.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "TRT Haber"ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya və Ukraynanın sülhə ən yaxın olduğu dövr İstanbul danışıqları olub.

Türkiyə XİN rəhbəri Rusiyanın danışıqların üçüncü raunduna hazır olduğunu və Ukraynanın cavabının gözlənildiyini bildirib.

“Əvvəlki vaxtla müqayisədə Prezident Putin də daxil olmaqla hamı həmkarları ilə bir araya gəlməkdə problem görmür. Yəni Donald Tramp, Vladimr Putin və Volodimr Zelenskinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi altında bir araya gəlməsi prinsipində problem yoxdur”.

.