PKK/YPG terror qruplaşması Suriyada silahı mümkün qədər tez yerə qoymalıdır.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan iordaniyalı həmkarı Ayman Safadi ilə birgə mətbuat konfransında deyib.

“Biz terror təşkilatı PKK/YPG-nin mövcud vəziyyətdən sui-istifadə etməməsi, silahı yerə qoyması və yeni idarəçiliyə qoşulması barədə müzakirələr apardıq”, - Fidan bildirib.

Türkiyə XİN rəhbəri qeyd edib ki, PKK/YPG-nin varlığının aradan qaldırılması an məsələsidir: “PKK/YPG terror qruplaşması Suriyada silahlarını mümkün qədər tez yerə qoymalıdır”.

Hakan Fidan onu da qeyd edib ki, Qərb kəşfiyyat təşkilatları region ölkələrinin təhlükəsizliyini pozmaq üçün terror təşkilatlarına sızırlar.

.