Türkiyə xarici işlər naziri Hakan Fidan 31 avqust-1 sentyabr tarixlərində Rusiyaya işgüzar səfər edəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Türkiyə XİN başçısının işgüzar səfərinin məqsədi rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparmaqdır.

Rusiya XİN başçısı Sergey Lavrov türkiyəli həmkarı ilə regiondakı vəziyyəti, xüsusi ilə Ukrayna, Suriya, Liviya və Cənubi Qafqaz daxil olmaqla regional məsələləri müzakirə edəcək: “Nazirlər strateji sahə olan energetika sferası daxil olmaqla Rusiya-Türkiyə ikitərəfli əməkdaşlığının vəziyyətini təhlil edəcəklər. Eləcə də nazirlər ali və yüksək səviyyədə ikitərəfli təmasların qrafikini işləyib hazırlayacaqlar”.

Zaxarova qeyd edib ki, Lavrov və Fidan danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransı da keçirəcəklər.

Səfər barədə Türkiyə XİN də məlumat yayıb.

.