
Azərbaycan torpaqları - Qarabağ bölgəsi təxminən 30 il Ermənistan işğalı altında qaldı.
Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Qahirədə misirli həmkarı ilə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan qəhrəmancasına mübarizə ilə torpaqlarını işğaldan azad edib: “Əlbəttə torpaqların işğaldan azad edilməsi bölgədəki dondurulmuş münaqişənin davamlı sülh müqaviləsi ilə sona çatmasını şərtləndirirdi. Tərəflər arasında uzun müddətdir müzakirələr gedirdi. Dünən Vaşinqtonda sülh sazişi paraflandı, sülh sazişinin imzalanmasını gözləyirik”.
.