
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, 3 ildir münsiflər kürsüsündə birgə oturduğu Ebru Gündeşi yarışmada əvəz edən S.Can haqda "Onun aurası çox gözəldir, bir neçə dəfə bir araya gəlmişik, əla olacaq" deyib.
5 ildir çempion ola bilməyən Hadisə "Sibel Can ilk ilində birinci olsa nə edərsiniz?" sualına gülərək belə cavab verib:
"Sibel bu il qazanda, mən oradan artıq qaçacağam".
Müğənni yaxın dost olduğu E.Gündeşin yarışmadan ayrılmasına kədərləndiyini bildirib:
"Mən Ebruyla danışırdım, onun hisslərini bilirdim. Ona görə də, mənim üçün sürpriz olmadı Təbii ki, kədərləndim. Çünki biz orada 3 il birgə vaxt keçirdik və dost olduq"..