Hacıqabulda baş verən avtobus qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

Qəzada Qurbanzadə Timur Yusif oğlu, 1989-cu il təvəllüdlü Qurbanova Vəfa Nəriman qızı, 2011-ci il təvəllüdlü Qurbanzadə Ayxan Yusif oğlu, 1968-ci il təvəllüdlü Kələşov Mahir İludul oğlu, 2003-cü il təvəllüdlü Məmmədov Rəşid Rəsul oğlu, 1965-ci il təvəllüdlü Əliyeva Sevil Abdulsalam qızı, 2004-cü il təvəllüdlü Osmanova Səbinə, 1967-ci il təvəllüdlü Vahabov Məmmədəli Mustafa oğlu, 1994-cü il təvəllüdlü Zabitli Nicat Habil oğlu, 1985-ci il təvəllüdlü Qurbanov Yusif Süleyman oğlu, 2008-ci il təvəllüdlü Kələşov Məhəmməd Mahir oğlu, 1999-cu il təvəllüdlü Həsənli sarxan Ruslan oğlu, 2003-cü il təvəllüdlü Danyal Zanutalski İbrahim oğlu, 1989-cu il təvəllüdlü Mikanayeva Fərəh Məmmədzahid qızı, 2004-cü il təvəllüdlü Osmanova Səbinə Paşa qızı, 2007-ci il təvəllüdlü Xəlilova Dəcilə Fəzail qızı, 1998-ci il təvəllüdlü Ömərov Nurlan Nadir oğlu, 1971-ci il təvəllüdlü Hasilova Zümrüd Məhəmməd qızı, 1965-ci il təvəllüdlü Məmmədov Ramazan Nazim oğlu, 2017-ci il təvəllüdlü Balayev Firuz Elvin oğlu və 2016-cı il təvəllüdlü Mikamayeva Nigar Orxan qızı xəsarət alıb.

Yaralılar hadisə yerindən təcili tibbi yardım briqadalarının köməyi ilə Şirvan və Hacıqabul rayon mərkəzi xəstəxanalarına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

***

Hacıqabul rayonunda sərnişin avtobusunun aşması nəticəsində xəsarət alanların bəzisinin şəxsiyyəti məlum olub.

"Report"un Aran bürosunun məlumatına görə, qəzada Zaqatala rayon sakinləri - 2004-cü il təvəllüdlü Osmanova Səbinə Paşa qızı, 2007-ci il təvəllüdlü Xəlilova Dəcilə Fəzail qızı, 1998-ci il təvəllüdlü Ömərov Nurlan Nadir oğlu, 1971-ci il təvəllüdlü Hasilova Zümrüd Məhəmməd qızı, 1965-ci il təvəllüdlü Məmmədov Ramazan Nazim oğlu xəsarət alıb.

Bundan başqa Sumqayıt şəhər sakini 2017-ci il təvəllüdlü Balayev Firuz Elvin oğlu, Bakı şəhər sakini 2016-cı il təvəllüdlü Mikamayeva Nigar Orxan qızı da yaralanıb.

Onlar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına, digərləri isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

***

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı 21 nəfər xəsarət alıb.

Hadisə Bakı-Qazax magistral yolunun rayonun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Zaqatala-Bakı marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusu aşıb. Qəza nəticəsində 21 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan 7-si Hacıqabul, 14-ü isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

.