
Hacıqabulda avtomobil qəzası olub.
Hadisə Bakı-Qazax magistral yolunun rayonun Nəvahı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, “Jiquli” markalı avtomobilin qəzaya uğraması nəticəsində rayonun Qubalı Baloğlan kənd sakinləri; 1969-cu il təvəllüdlü Talıbova İlhamə Sidqəli qızı, 1967-ci il təvəllüdlü Ağayeva Sərvinaz Sidqəli qızı, 1975-ci il təvəllüdlü Poladova Sevinc Əsgər qızı və 1994-cü il təvəllüdlü Talıbov Ruslan Həsən oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Xəsarət alanlar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
.