Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov "Şərəf” ordeni ilə təltif edilib.
Yenizaman.az-ın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Hacıbala İbrahim oğlu Abutalıbov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətləri ilə əlaqədar "Şərəf” ordeni ilə təltif olunub.
Qeyd edək ki, bu gün H. Abutalıbovun 70 yaşı tamam olur.
.