
Azərbaycan Beynəlxalq Bankına kredit borcu 600 milyon manata çatan Hacı İbrahim Nehrəmlinin bu qədər vəsaiti özü də daxil olmaqla bir neçə nəfəin adına rəsmiləşdirdiyi artıq sirr deyil. Haci İbrahimin 600 milyonluq kreditinin 25 milyonu onun qaynı Nadirov Ələsgər Məşdi oğlunun rəhbərlik etdiyi "Həsən-96” Mənzil Tikinti Koperativinin adına rəsmiləşdirilib. İnfoAZ.org xəbər verir ki, hal-hazırda bu kooperativin üzvülərinin kimlərdən ibarət olması dəqiq məlum deyil. Ancaq, Hacı İbrahim Nehrəmlinin baldızı oğlu İlqar Vidadi oğlu İbrahimovun "Həsən-96” MTK-nın təsisçiləri sırasına daxil olduğunu və Nadirov Ələsgər Məşdi oğlunun kooperativin pay fondundakı üzvülük haqqının artırıldığından sonra qurumun nizamnaməsninin yeni redaksiyada təsdiq edilməsi ilə bağlı 01 mart 2013-cü il tarixli iclasının protokolundan göründüyü kimi MTK-nın üzvüləri kimi Nadirov Ələsgər Məşdi oğlu, İbrahimov Sahib Hüseyn oğlu, İbrahimov İlqar Vidadi oğlu, "Kondor Qrup” MMC və "Siqma Layn” MMC-dən ibarət olub.
İnfoAZ.org xatırladır ki, Sahib İbrahimov Hacı İbrahim Nehrəmlinin, qardaşı, İlqar İbrahimov baldızı oğlu, Ələsgər Nadirov qaynıdır. "Siqma Layn”MMC-nin isə ABB-na 185 milyon kredit borcu olduğu halda ölkədən qaçmış və Bakıdakı binaların təhküləli üzlüklə üzlənməsində adı hallanan Xaqani Bəşirovun şirkətlərindən biri olması haqqında xəbərlər var. Azərbaycan Beynəlxalq Bankının 25 milyon manat kredit verdiyi "Həsən -96”MTK-nın iki il əvvəl təsisçiləri və üzvüləri olmuş bu şəxs və şirkətlərdən indi MTK-nın təsisçiləri və üzvüləri kimi qalması dəqiq məlum olmasa da, Ələsgər Nadirov hələ də kooperativin sədridir. Bankdan götürlən kredit məhz onun sədr olduğu vaxt götürülüb. Bu kredit hesabına isə "Həsən-96” MTK-ya Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə, ümumi sahəsi 0.763 ha olan ərazidə yaşayış binaları tikməli imiş. Bu tikinti işləri üçün "Həsən-96” MTK-ya icazə Hacı İbrahim Nehrəmlinin dostum adlandırdığı Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 21 may 2004-cü il tarixli, 109 saylı sərəncamı ilə müfaviq icazə verilib. Tikinti işləri üçün Bakı şəhər icra hakimiyyəti başçısının müfaviq razılığı və Azərbaycan Beynəlxalq Bankının (ABB) krediti olsa da, MTK-ya öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməmişdir. Bunun isə çox sadə səbəbi var. ABB-dan götürlən kreditlər təyinatı üzrə xərclənməyib. ABB-nin Abay döngəsi, 360-cı məhəllədə mövcud olan evlərin və digər daşınmaz əmlakların satın alınması məqəsdi ilə verdiyi 8 milyon manat kreditdən yalnız 4.2 milyon manatı təyinatı üzrə xərclənib. İnfoAZ.org-a daxil olan məlumatlara görə, kreditin təxminən yarısı, 3.8 milyon manatının isə 20-30 avqust 2014-cü il tarixdə keçirilən "Miss Globe” gözəllik yarışmasının təşkilinə və gözəlçələrin Bakıdakı xərclərinin qarşılanamsına sərf edildiyi guman edilir. Bu gözəllik yarışmasına İtaliyadan qatılan gözəlçə Pomela Pompa, İsveçdən olan gözəlçə Kristjina Duhanaj, Avstraliyadan olan Esma Voloder, Ukraynadan olan Anastasiya Kostychin, eləcə də Ukraynalı gözəlçənin izi ilə Bakıya gəlmiş Marina Kostychin sonrakı məcəraları isə başqa yazının mövzusudur. Yeri gəlmişkən adları çəkilən gözəlçələrlə Hacı İbrahimin ilginc foto şəkilləri də infoAZ.org-un redaksiyasına təqdim olunub.
Hələlik isə qayıdaq mövzumuza. Nəsimi rayonu Abay döngəsində "Həsən -96” MTK-nın yaşayış binaları inşa etməsi üçün ayrılmış kreditin təyinatı üzrə deyil, "Miss Globe” gözəllik yarışmasına xərcləndiyindən tikintiyə icazə verən sərəncamdan irəli gələn vəzifələri həyata keçirmək mümkün olmamışdır. Bu isə sərəncamın ləğvinə əsa verir. Tikintinin aparılması nəzərdə tutulan sahədə evləri və daşınmaz əmlakları olan mülk sahiblərinin bir hissəsi mülklərini boşaltmırlar. Səbəb isə çox sadədir. Abay döngəsinin, eləcədə Ə.M.Tobçubaşov və Sübhi Salayev küçələrinin tikinti sahəsinə düşən hissələrində evləri və daşınmaz əmlakı olan 40-dan artıq şəxs bankdan onların adına ayrılmış pulu bu günə kimi də ala bilməyiblər. Mülk sahiblərinin adına ayrılan pulları isə Bankdan Hacı İbrahimin adamları alıb və gözəllik yarışmasına xərcləyiblər. Əlbətdə bu maliyyə fırıldağı ABB-nin rəhbər şəxslərinin yardımı olmadan həyata keçirilə bilməzdi. Əks halda ABB-ın, eləcə də onun "Premyer Müştəri Xidməti” Filialının rəhbərliyi pulu mülk sahiblərinin özlərinin almasını təmin edə və beləliklə də maliyyə fırıldağına imkan yaratmazdılar. Ancaq görünür, bu işdə ABB-ın da onun filialın rəhbərinin marağı olub. Bunun nəticəsində bankın 3.8 milyon manat həcmində krediti sadəcə talan edilib. Çox maraqlıdır ki, ABB-nin talan edilən 3.8 milyon manatlıq krediti özünü "Hacı” hesab edən şəxs tərəfindən gözəllik yarışmasına xərclənib. Lap mat qalmalı işdir. Bir zamanlar da polis də Hacı ilə sərxoş sürücü qadın arasındakı əlaqəyə mat qalmışdı.
(infoAZ.org)