2006-2008-ci illərdə Gürcüstanın müdafiə naziri vəzifəsini tutmuş David Kezeraşvili haqqında beş il müddətinə azadlıqdan məhrumetmə qərarı verilib. 

Ölkənin Ali Məhkəməsi “Formula” televiziya kanalının təsisçisi barədə müvafiq qərar qəbul edib.

Sabiq nazir rəhbrəlik etdiyi qurumla bağlı bir layihə çərçivəsində 5 milyon 60 min avro məbləğində vəsaiti mənimsəməkdə ittiham olunub.

2017-ci ildə Tbilisi şəhər 2018-cil ildə isə Apellyasiya Məhkəməsi D.Kezeraşviliyə bəraət versə də, Ali Məhkəmə onların hökmlərini ləğv edərək sabiq naziri günahkar bilib.

Qeyd edək ki, Kezeraşvili hazırda Gürcüstanda yaşamır. O, ölkədaxili axtarışa verilib.

.