Gürcüstanın Baş naziri İrakli Qaribaşvili nümayəndə heyəti ilə birlikdə ABŞ-a səfərə gedib.
Məlumatı Baş nazirin mətbuat xidməti yayıb. Bildirilib ki, İ. Qaribaşvili səfər çərçivəsində BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak edəcək.
Baş nazirin səfər çərçivəsində Nyu-Yorkda ikitərəfli və yüksək səviyyəli görüşləri planlaşdırılıb.
İrakli Qaribaşvilini səfərdə xarici işlər naziri İlia Darçiaşvili, təhsil və elm naziri Mixeil Çxenkeli və hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze müşayiət edir.
.
