Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sentyabrın 15-də Azərbaycana işgüzar səfər edəcək.
“Report”un yerli bürosunun məlumatına əsasən, o, Bakıda keçiriləcək Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın növbəti iclasında iştirak edəcək.
Səkkizinci toplantı çərçivəsində sentyabrın 16-da iki ölkənin işgüzar dairələri arasında qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi məqsədilə Azərbaycan-Gürcüstan biznes forumu da təşkil olunacaq.
Qeyd edək ki, hər iki ölkənin baş nazirlərinin həmsədri olduğu komissiyanın sonuncu 7-ci iclası 2011-ci ilin dekabrın 20-də Tbilisidə baş tutub.

.