Gürcüstanın Şovi dağlıq kurort zonasında torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, hazırda həmin ərazidə xilasedicilər 6 nəfər itkin düşmüş şəxsin axtarışlarını davam etdirir.

Xatırladaq ki, avqustun 3-də Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasının yaxınlığında torpaq sürüşməsi baş verib.

.