Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq uçqunu nəticəsində itkin düşənlər arasında uşaqlar da var.

Bu barədə ölkənin səhiyyə naziri Zurab Azaraşvili bildirib.

O, hazırda ərazidə 7-8 uşağın axtarıldığını qeyd edib.

Nazir əlavə edib ki, ərazidə qopmuş bədən də üzvləri aşkarlanıb və onların kimə məxsus olduğunu müəyyənləşdirmək məqsədilə DNT analizi aparılır.

Yerli KİV-in məlumatına görə itkin düşənlər arasında bir Rusiya vətəndaşı da var.

Həlak olanlarında bəzilərinin şəxsiyyətinin müəyyənləşdirildiyi bildirilir.

Qeyd edək ki, yerli KİV-də yayılan məlumatlara görə, sürüşmə nəticəsində itkin düşənlər arasında etnik azərbaycanlı 18 yaşlı Samirə İsayeva da var. Ailəsinin məlumatına görə, sürüşmə ərazisində olan gənclə avqustun 2-dən sonra əlaqə saxlamaq mümkün olmayıb.

.