Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1673 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili bildirib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 38 936  nəfərə çatıb.

Virusa yoluxanlardan  22 691 nəfərin sağaldığı bildirilir.

.