Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 24 201 yoluxma halı qeydə alınıb, 36 nəfər ölüb.

Yenizaman.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 200 124, ölənlərin sayı isə 15 016 nəfərə çatıb.

Virusa yoluxanlardan 1 020 510 (85%) nəfərin sağaldığı bildirilib.

.