Gürcüstanın Rustavi şəhərində keçmiş prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə aksiya təyin olunub.

Bu barədə Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya məlumat yayıb.

Aksiya bu gün saat 15:00-da siyasətçinin saxlanıldığı cəzaçəkmə müəssisəsinin qarşısında “Mişaya azadlıq!” şüarı ilə keçiriləcək.

Eyni tələblə saat 18:00-a başqa aksiya da planlaşdırılıb. Təşkilatçı “Gürcüstan naminə” hərəkatın fəallarıdır.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki 12 saylı penitensiar müəssisəyə yerləşdirilib.

.