Gürcüstanda COVİD-19 pandemiyası səbəbi ilə müntəzəm uçuşlara qoyulan məhdudiyyət noyabrın 1-dək qüvvədə olacaq.

Bu barədə Gürcüstan Mülki Aviasiya Agentliyi məlumat yayıb. 

"Müntəzəm aviareyslərə qoyulan məhdudiyyət  oktyabrın 31-dək uzadılıb",- deyə məlumatda qeyd olunub. 

Qeyd edək ki, qonşu ölkədə müntəzəm aviareyslərə qoyulan məhdudiyyət sentyabrın 30-da başa çatmalı idi.

.