Gürcüstanda son sutkada koronavirusa 240 yeni yoluxma faktı təsdiqlənib, 681 nəfər müalicə olunaraq sağalıb, 16 pasiyent isə vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Qonşu ölkədə pandemiya başlayandan bu günədək COVID-19-a 258 351 nəfərin yoluxduğu müəyyən edilib. Həmin şəxslərin 249 709-u sağalıb, 3 194-ü isə ölüb.
Hazırda karantin zonlarında 474, stasionar nəzarətdə 2 676 nəfər saxlanılır. 268 nəfər isə xüsusi otellərdə müalicə olunur.

.