Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvilinin Baş nazir vəzifəsinə namizədliyi irəli sürülüb.

Müvafiq qərar hakim “Gürcü Arzusu” partiyasının iclasından sonra qəbul edilib.

Qeyd edək ki, bu gün Gürcüstanın Baş naziri Giorgi Qaxaria istefa verib. O, istefasının səbəbini müxalif “Vahid Milli Hərəkat” partiyasının sədri Nika Melianın həbsi ilə əlaqələndirib.

Xatırladaq ki, İ. Qaribaşvili 20 noyabr 2013-cü ildən 23 dekabr 2015-ci ilədək Gürcüstanın Baş naziri olub. O, 2019-cu ilin sentyabrından Gürcüstanın müdafiə naziridir.

.