Gürcüstanda hökumət binalarının yaxınlığında Avropa İttifaqının (Aİ), Avropa ölkələrinin, beynəlxalq təşkilatların və Gürcüstanın diplomatik əlaqələrinin olduğu ölkələrin bayrağının yandırılmasına görə maliyyə sanksiyası tətbiq ediləcək.

Qanunvericiliyə müvafiq dəyişikliklərə əsasən bayrağın zədələnməsi halına ilk dəfə yol verdikdə 1000 lari (552 manat) məbləğində cərimə tətbiq ediləcək.

Eyni hal təkrarlandığı təqdirdə şəxs inzibati qaydada həbs ediləcək.

Bu gün Gürcüstan parlamentinin spikeri Kaxa Kuçava tərəfindən müxalif fraksiyaların liderlərinə təqdim edilən qanun layihəsinin parlamentin növbədənkənar iclasında səsə qoyulacağı bildirilib.

.