Gürcüstanda martın 28-dən etibarən ictimai nəqliyyat və qapalı məkanlarda qoruyucu maskadan istifadə istisna olmaqla, bütün məhdudiyyətlər aradan qaldırılacaq.

Bu barədə Dövlət Qurumlarıarası Koordinasiya Şurasının Operativ Qərargahının rəhbəri Giorgi Qibradze brifinqdə bildirib.

Onun sözlərinə görə, ictimai iaşə obyektlərinə, eləcə də idman, incəsənət və digər tədbirlərlə bağlı say məhdudiyyətləri ləğv ediləcək.

Qərargah rəhbəri qeyd edib ki, distant qaydada çalışanlar işə dönə biləcəklər və PCR test olmadan Gürcüstana qayıdan ölkə vətəndaşları özünütəcrid öhdəliyindən azad olunacaqlar.

Gürcüstanda açıq havada tibbi maska istifadəsi tələbi ləğv edilir. Müvafiq qərar Gürcüstan Qururmlararası Koordinasiya Şurası tərəfindən qəbul edilib. Bildirilib ki, martın 28-dən tibbi maskadan istifadə tələbi ləğv ediləcək və bu sadəcə tövsiyə xarakteri daşıyacaq.

Qapalı məkanlarda və ictimai nəqliyyatda isə tibbi maska istifadəsi saxlanılacaq.

Eyni qərarla iaşə obyektlərində, idman zallarında, incəsənət qalereyaları və digər mərasimlərin keçirildiyi məkanlarda say məhdudiyyəti götürülüb.

Distant fəaliyyət göstərən müəssisələrin işçilərinin iş yerlərinə qayıtmasına icazə verilib. Xaricdən qayıdan və PZR testi olmayan Gürcüstan vətəndaşlarının fərdi izolyasiya qaydası ləğv edilib.

.